İranda etirazçıların öldürülməsində böyük rolu olan polkovnik ÖLDÜRÜLDÜ

11 Baxış

İranda etirazçılara divan tutaraq öldürülməsində böyük rolu olan polkovnik öldürülüb.

Turanmedia.az-ın məlumatına görə, konkret.az İran mediasına istinadla xəbər verir ki, Şirazda insanların öldürülməsində çox böyük rol oynayan polkovnik Fəzlullah Mənsuri dünən qətlə yetirilib.

Xatırladaq ki, 2022-ci il oktyabrın 26-da İranın Şiraz şəhərində Şah Çərəx məqbərəsi ərazisində silahlı hücum olub. Bu hücum nəticəsində 15 nəfər ölüb, 45 nəfər yaralanıb. İran məhkəmə sistemi bu hadisəni terror hadisəsi kimi tanıyıb. Hücuma görə məsuliyyəti İslam Dövləti üzərinə götürüb.

Bundan əlavə, İranda etiraz aksiyalarında öldürülənlərin sayı 400-ü ötüb. İran insan haqları fəallarının verdiyi məlumata görə, etirazlarda 419 nəfər həyatını itirib ki, onların da 60 nəfəri azyaşlıdır.

Son məlumatlara görə, öldürülənlərin sayı qat-qat çoxdur.