Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Rusiya dünyaya cəsəd və qorxudan başqa heç nə təklif edə bilməz, onun yanında olmaq ölümə bərabərdir” – Qriqoryan

59 Baxış

“Rus müstəmləkəçiliyindən qurtulmaq” layihəsi Kremlə açıq və kütləvi şəkildə nümayiş olunmaqla davam etməlidir”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu fikirlər erməni analitik Qalust Qriqoryanın məqaləsində yer alıb.

“Artıq hər şey qərara alınıb. Rusiyanın dünyaya cəsəd və qorxudan başqa təklif edəcəyi heç nə yoxdur. Amma yeni dünyada təklif olunanlara tələbat yoxdur. Əvvəla, Rusiya xalqları boğmaq və onları özləri ilə birgə yaşamağa məcbur etmək hüququndan məhrum ediləcək. Bu, Rusiyanı hər cür sevincdən və var olmaqdan məhrum edəcək. Rusiya ilə bağlı hər şey dünyada dəhşət və ikrah doğurur”, – jurnalist Aleksandr Nevzorov özünün YouTube kanalında deyib.

Bəli, o, Rusiya vətəndaşlığından məhrumdur. Amma Nevzorov tamamilə haqlıdır ki, dünya hökmü təkcə Putinə deyil, bütövlükdə Rusiyaya verib:

“Rusiya xalqı Putinin həmfikiridir və qlobal cinayətin ortağıdır. Buna göz yummaq olmaz. Rusiya həqiqətən də dünyada heç kim üçün maraqlı deyil. Ermənistanın isə bütün dünyanın gözü qarşısında süqut etməkdə olan imperiyadan qopmaq üçün hər cür əsası və imkanı var. Üstəlik biz gördük ki, Rusiya nəinki “Artsax”ı, heç Ermənistanı da müdafiə etməyə hazır deyil. O, düşmənlərimizlə ( Azərbaycan – red) arxamızdan danışıqlar aparmağa üstünlük verir”, – Qriqoryan vurğulayıb.

Rusiya və Türkiyə artıq Türkiyədə qaz qovşağının yaradılması layihəsinin icrası üzərində işə başlayıb. Bu barədə “Qazprom”un rəhbəri Aleksey Miller konfransda bildirib. Yəni Qərb Rusiyanın maliyyə imkanlarını daraltmağa çalışdığı, ona qarşı sanksiyalar tətbiq etdiyi, Rusiya nefti və qazına qiymət limiti qoyduğu halda, Türkiyə Kremllə əməkdaşlığı dərinləşdirir. Qərbin Türkiyəyə də sanksiya tətbiq etməsinin vaxtı çatıb”, – erməni analitik sərsəm fikirlərini ifadə edib.

“İndi Ermənistan Rusiya hərbi bazasının Gümrüdən, ölkənin isə mizin Aİİ, KTMT və MDB-dən çıxarılmasınını tələb etməlidir. Ermənistan Aİ və NATO-ya doğru getməlidir. Və bizim bu yolu getməyimizə kömək olan dostlarımız var – Fransa və ABŞ. Çətin olacaq, lakin, başqa çıxış yolu yoxdur. Rusiyanın yanında olmaq ölümə bərabərdir”, – deyə Qalust Qriqoryan fikirlərini tamamlayıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678