Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Qalatasaray” Kadıköydə “Fənərbağça”nı darmadağın etdi

66 Baxış

“Qalatasaray” Kadıköydə “Fənərbağça”nı darmadağın etdi

Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi oynanılıb.

Turanmedia.az Qaynarinfo-ya istinadən xəbər verir ki, XVIII tur çərçivəsində “Fənərbağça” öz meydanında “Qalatasaray”ı qəbul edib.

Yeni ilin ilk derbi qarşılaşmasında qonaq komanda meydan sahiblərinə 3:0 hesabı ilə qalib gəlib.

“Qalatasaray”ın heyətində Serjio Oliveira (32-ci dəqiqə), Kərəm Aktürkoğlu (78) və Mauro Icardi (90) fərqləniblər.

“Qalatasaray” bu qələbədən sonra 39 xalla turnir cədvəlindəki liderliyini möhkəmləndirib. Ondan dörd xal geri qalan “Fənərbağça” ikinci pillədə qərarlaşıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678