Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Messi DÇ-2026-da iştirak edəcəkmi?

85 Baxış

Düşünürəm ki, Messinin DÇ-2026-da iştirakı mümkündür. Çox şey onun istəyindən asılı olacaq.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu Argentina millisinin baş məşqçisi Lionel Skaloni yığmanın kapitanı Lionel Messinin DÇ-2026-da da iştirak edib-etməyəcəyi ilə bağlı danışarkən deyib.

“Hər şey bu müddət ərzində baş verənlərdən, özünü yaxşı hiss edib-etməyəcəyindən asılı olacaq. Qapılar onun üzünə həmişə açıq olacaq. O, meydanda xoşbəxtdir və oynadığı oyun bizə çox fayda verir”, – Skaloni vurğulayıb.

Qeyd edək ki, daha öncə Lionel Messi DÇ-2022-nin onun üçün son mundial olduğunu bildirmişdi.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678