Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Qarabağ” ilk transferini reallaşdırdı – Qurban Qurbanov AÇIQLADI

43 Baxış

Azərbaycan çempionu “Qarabağ” ilk transferini reallaşdırıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, “köhlən atlar” “Zirə”nin futbolçusu Hamidu Keyta ilə anlaşıb. 28 yaşlı vinger yeni mövsümdən Ağdam təmsilçisini formasını geyinəcək.

Bu barədə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov məlumat verib.

Keytanın transferi yaxın günlərdə açıqlanacaq.

2022-ci ilin yanvarından “Zirə”də çıxış edən Hamidu bu mövsüm Premyer Liqada 31 oyunda 8 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, fransalı futbolçu “Qarabağ”a yad ad deyil. O, martda “Qalatasaray”la Bakıda keçirilən matçda Ağdam təmsilçisinin heyətində çıxış edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678