Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazirdən “Qarabağ”ın məğlub olmasına reaksiya

37 Baxış

Bu gün biz hamımız “Qarabağ”dan qələbə gözləyirdik.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Feysbuk hesabında yazıb.

“Qarabağ”ın Bakıda Polşa “Rakuv”u ilə 1:1 hesablı heç-heçə etdiyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə fikirlərini bölüşən nazir nəticəni belə şərh edib:

“Bu idmandır, təəssüflər olsun ki, uduzduq. Komandamıza növbəti mərhələdə uğurlar arzulayıram”.

Qeyd edək ki, ilk oyunda rəqibinə 2:3 hesabı ilə uduzan “Qarabağ” iki görüşün nəticəsinə (3:4) əsasən Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam klubu mübarizəni Avropa Liqasında davam etdirəcək. “Köhlən atlar” turnirin III raundunda Finlandiyanın HİK komandası ilə qarşılaşacaq.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678