Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İdmançımız ermənini məğlub edərək çempion oldu – VİDEO

121 Baxış

Azərbaycanlı MMA döyüşçüsü Nicat Yusifov Ukraynanın Xarkov şəhərində World Cossack Fight Federation (WCFF) təşkilatının təşkil etdiyi dünya çempionatının qalibi olub.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Ukraynanı təmsil edən erməni Artur Qriqoryanla üz-üzə gəlib.

Rəqibinə qalib gələn Yusifov yarışın qalibi adına sahib çıxıb. Turnirdə 25 ölkədən 1000-dən çox idmançı iştirak edib.

Qeyd edək ki, Nicat Yusifov iyunun 7-də Ukraynanın Odessa şəhərində kazak döyüşü üzrə yarışda da eyni rəqibi məğlubiyyətə uğradıb. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678