Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəhriyar Məmmədyarovdan növbəti qələbə

117 Baxış

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının birinci mərhələsində növbəti görüşünü keçirib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, 37 yaşlı qrossmeyster “Oslo Esports Cup”ın beşinci turunda niderlandlı Aniş Giri ilə üz-üzə gəlib. Qarşılaşma Məmmədyarovun 3,5:2,5 hesablı qələbəsi ilə başa çatıb.

Məmmədyarov ilk turda çinli Le Kuanq Lyeyə qalib gəlib, ardınca hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.

 

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678