Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Qarabağ” möhtəşəm qələbə ilə növbəti mərhələdə!

91 Baxış
“Qarabağ” Çempionlar Liqasının I turunun cavab qarşılaşmasında darmadağınla növbəti mərhələyə yüksəlib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, qitənin ən nüfuzlu turnirində təmsilçimiz Polşa çempionu “Lex” üzərində 5:1 hesablı qələbəyə sevinib. Hərçənd, oyunun ilk saniyələrindən hesabda geri düşüb. Bununla belə, “Qarabağ” özündə inam taparaq, əvvəlcə hesabı bərabərləşdirib, hissənin sonunda 2:1 önə keçməyi bacarıb.

İkinci 45 dəqiqədə rəqibinin qapısını 3 dəfə silkələyən “köhlən atlar”, bir həftə öncə 0:1 hesablı məğlubiyyəti artıqlaması ilə çıxıb.

“Qarabağ” – “Lex” – 5:1

Qollar: Velde, 1 (0:1), Kadi, 14 (1:1), Ozobiç, 42 (2:1), Medina, 56 (3:1), Kadi, 74 (4:1), Abbas Hüseynov, 77 (5:1)

Hakimlər: Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper\ 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678