Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Qarabağ” “Sürix”ə QALİB GƏLDİ

102 Baxış

“Qarabağ” Çempionlar Liqasında (ÇL) növbəti oyununa çıxıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu bu gün II təsnifat mərhələsində mübarizəyə qoşulub.

I raundda “Lex”i (Polşa) iki oyunun cəmində 5:2 (0:1, 5:1) hesabı ilə üstələyən ağdamlılar bu dəfə “Sürix”i sınağa çəkib. İsveçrə çempionu ilə Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən ilk qarşılaşma da təmsilçimizin qələbəsi ilə yekunlaşıb.

İbrahima Vadjinin dubl etdiyi oyunda 3:2 hesablı qalibiyyət qazanan Qurban Qurbanovun yetirmələri bir həftə sonra Sürixdəki cavab matçı öncəsi kiçik üstünlük əldə edib.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 27-də keçiriləcək.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678