Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İslamiadanı Azərbaycanda yayımlayacaq telekanallar bəlli olub

93 Baxış

Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarını Azərbaycanda yayımlayacaq telekanallar bəlli olub.

Turanmedia.az-ın “Report”a istinadən verdiyi məlumata görə, ölkəmizdə bu mötəbər yarışı iki telekanal yayımlayacaq.

Bunlar “İdman” və “İctimai” telekanalıdır.

Qeyd edək ki, İslamiadaya 5 avqustda velosiped yarışları ilə start veriləcək. Yarışın açılış mərasimi avqustun 9-da baş tutacaq. Avuqstun 18-də isə yarışın bağlanış mərasimi keçiriləcək.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678