Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Qarabağ” Vadjinin yerinə bu futbolçunu alır

96 Baxış

İbrahima Vadjini “Sent Etyen”ə satan “Qarabağ” onun əvəzinə başqa bir afrikalı alır.

Turanmedia.az futbolinfo.az-a istinadən xəbər verir ki, Qvineya millisinin forvardı Momo Yansane tezliklə ağdamlılarla rəsmi müqavilə bağlayacaq.

Hazırda “Şerif”də çıxış edən hücumçu Moldovadan ayrılmaq istəyir. Onunla danışıqlar davam edir və futbolçunun sonradan satınalma şərti ilə birillik icarəyə götürülməsi müzakirə edilir.

Daha öncə “Rabat”, “İsloç”, “Nijni Novqorod” klublarında oynamış Momo bir ildi “Şerif”də çıxış edir. 25 yaşlı futbolçunun hazırkı komandası ilə 2024-cü ilə kimi müqaviləsi var.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678