Tanınmış idmançıya DİN-də vəzifə verilib

7 Baxış

Tanınmış idmançı Eduard Məmmədov Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə idmançının özü məlumat verib.

O bildirib ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, DİN-in İdman Cəmiyyətinin sədri polis polkovniki Zemfira Meftahətdinovadır.