Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Blinken İran üzərində qələbəyə belə sevindi

74 Baxış

ABŞ-nin Azərbaycandakı səfirliyi ötən gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatında ABŞ yığmasının İran milli komandası üzərində qələbəsi ilə bağlı paylaşım edib.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, paylaşımda qələbə münasibətilə milli komandaya təşəkkür edilib: “ABŞ-nin futbol millisi bu gün bizi qürurlandırdı. Möhtəşəm qələbə münasibətilə təbrik edirik. Dostlarımız, ailələrimiz və bütün dünyada olan pərəstişkarlarımız gözəl oyun göstərən komandanı alqışlayır. 1/8 finalda uğurlar. ABŞ komandası, irəli!”
Ətraflı

Qələbəni qeyd edənlər arasında ABŞ Dövlət katibi Entoni Blinken, Böyük Britaniyanın və Ukraynanın xarici işlər nazirləri Ceyms Kleverli və Dmitri Kuleba da olub.

Qeyd edək ki, ABŞ millisi İranı 1:0 hesabı ilə məğlub edərək 1/8 mərhələsinə yüksəlib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678