Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

DÇ-2022: Final matçında ikinci qol vuruldu

66 Baxış

Qətərdə keçirilən dünya çempionatının final oyununda üz-üzə gələcək Argentina və Fransa yığmalarının start heyətləri bəlli olub.

Turanmedia.az-in axar.az-a istinadən məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Paul, Entso Fernandes, Aleksis Makkallister, Lionel Messi, Xulian Alvares

Fransa: Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Fransa millisi qələbə qazanacağı halda ardıcıl ikinci, tarixində isə üçüncü dəfə dünyanın ən güclüsü olacaq. Fransızlar 1998 və 2018-ci illərdə bu titula sahib çıxıblar.

Argentina seçməsi də üçüncü çempionluğunu qazanmağa çalışacaq. 1978 və 1986-cı illərdə mundialın qalibi olan Cənubi Amerika təmsilçisi 36 illik həsrətə son qoymaq niyyətindədir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678