“Bu kuboku Tanrı mənə hədiyyə etdi” – Messi

27 Baxış

Argentina millisinin üzvü Lionel Messi dünya çempionatının finalında Fransanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Turanmedia.az Futbolpress.az-a istinadən xəbər verir ki, 35 yaşlı forvard kubokun ona hədiyyə olduğunu deyib:

“Bilirəm! Bu kuboku Tanrı mənə hədiyyə etdi. Qəlbimlə hiss edirəm. Tezliklə Argentinaya getmək, sevincimi qeyd etmək, sevinmək istəyirəm. Çox çətin oldu, amma qazandıq. İndi bundan həzz alaq”.