Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda taksi qiymətləri kəskin artdı

58 Baxış

Bakı şəhərində qarlı hava şəraiti ilə bağlı taksi qiymətlərində artım müşahidə olunub.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, “Bolt”, “Uber” kimi onlayn taksi xidmətlərinin ümumi qiymətlərində 2-3 dəfə artım qeydə alınıb. Fərdi taksi xidmətində də bahalaşma müşahidə olunub.

Həmçinin paytaxt sakinləri taksi tapmaqda da çətinlik çəkib.

Qedək ki, ötən gecədən etibarən Bakıda və Abşeron yarımadasında qar yağır. Paytaxtda qeyri-sabit hava şəraiti yanvarın 12-dək davam edəcək.

Həmçinin bildirək ki, bu gün marşrut xətlərinin intervalında xeyli gecikmələrin olması, taksiyə üz tutanların sayını artırıb. Bir çox hallarda isə hava şəraiti ilə bağlı taksi şirkətləri müştərilərin sifarişlərini geri çevirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678