Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda tikinti materialları ucuzlaşdı

58 Baxış

Azərbaycanda ötən il tikinti materiallarının qiymətləri Rusiya-Ukrayna müharibəsi fonunda sürətlə artsa da, son iki ayda sabitləşib.

Turanmedia.az-ın Axar.az-a istinadən məlumatına görə, əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə Report-a açıqlamasında deyib ki, müharibə başlayanda tədarüklə bağlı yaranmış çətinliklər artıq aradan qalxmaq üzrədir, yəni Rusiyadan Azərbaycana kifayət qədər tikinti materialı gəlir.

“Bundan başqa, adətən, qış aylarında tikinti materiallarına tələbat azalır və bazarda ucuzlaşma baş verir. Yəqin ki, biz mart ayından başlayaraq qiymətlərdə yenidən artım müşahidə edəcəyik. Çünki iki aydan sonra yeni tikinti mövsümü başlayacaq və sahibkarlar buna hazırlaşırlar. Yəni indi müşahidə olunan qiymət azalmaları müvəqqətidir”, – deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, bazarda zavod istehsalı olan armaturun 1 tonunun qiyməti 1 350-1 400 manatdan 1 200 manata düşüb, sex istehsalı olan armaturun 1 tonu isə həmişəki kimi 800-900 manata təklif olunur. Taxtanın 1 kubmetrini isə 330 manata almaq mümkündür. Halbuki qiymət ötən il 400-450 manata çatmışdı. Diktlərin də qiymətində azalma müşahidə olunur. 45-48 manat olan diktlər hazırda 22-24 manata satılır”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678