Azərbaycanın səfirlərinin maaşları artırıldı

13 Baxış

Azərbaycanın xarici ölkələrdəki səfirləri və beynəlxalq təşkilatlardakı nümayəndələrinin maaşı artırılır.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” qanunlarında və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” qanunun tətbiqi və “Diplomatik xidmət haqqında” qanunun tətbiq edilməsi barədə”, “Diplomatik xidmət haqqında” qanuna əlavələr və dəyişikliklər edilməsi barədə” qanununun tətbiq edilməsi haqqında” fərmanlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Fərmana əsasən, Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfirlərinin, Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında daimi nümayəndələrinin dövlət məvacibi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təminedici idarə rəisinin aylıq vəzifə maaşından, aylıq vəzifə maaşına əlavələrdən (ən yüksək olanı tətbiq edilməklə) və aylıq vəzifə maaşının 25 faizi məbləğində mükafatdan ibarətdir.

Nazirlər Kabinetinə on beş gün müddətində aşağıdakı müavinətlərin məbləğini müəyyən edib Azərbaycan spublikasının Prezidentinə məlumat versin:

3.1.1. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.3-1-ci və 21.10-cu maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna işə təyin olunan diplomatik xidmət əməkdaşlarına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə ödəniləcək birdəfəlik yerləşmə müavinətinin;

3.1.2. həmin Qanunun 21.6-1-ci və 21.10-cu maddələrinə uyğun olaraq, diplomatik xidmət əməkdaşına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxsə onunla birlikdə yaşayan orta ixtisas və ali təhsilin bakalavr səviyyəsi üzrə əyani təhsil alan 23 yaşına qədər övladlarına görə ödəniləcək təhsil müavinətinin;

3.1.3. həmin Qanunun 21.6-2-ci və 21.10-cu maddələrinə uyğun olaraq, diplomatik xidmət əməkdaşına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxsə qəbul edən dövlətdə onunla birlikdə yaşayan, həmin dövlətdə və ya üçüncü dövlətdə əmək fəaliyyəti ilə məşğul olmayan ailə üzvlərinə görə ödəniləcək aylıq müavinətin;

3.1.4. həmin Qanunun 21.7-2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına səlahiyyətlərinin icrası ilə bağlı ödəniləcək aylıq təmsilçilik müavinətinin;

3.2. həmin Qanunun 21.7-1-ci və 21.10-cu maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısını, habelə həmin diplomatik nümayəndəliklərdə və konsulluqlarda işləyən diplomatik xidmət əməkdaşlarına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə ödəniləcək kompensasiyanın məbləğini bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. həmin Qanunun 23.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin dövlət məvacibini, aylıq əlavənin məbləğini müəyyən edən fərqləndirici əmsalları və onların tətbiq edilməsi qaydasını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 780-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

Fərman 2023-cü il yanvarın 1-dən tətbiq edilib.