Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda əmək müqaviləsi ilə işləyənlərin sayı açıqlanıb

62 Baxış

Bu il yanvarın 1-nə Azərbaycanda əmək müqavilələrinin sayı 1 milyon 746 min 309 vahid olub.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında bildirib.

“Əmək münasibətlərinin rəsmiləşdirilməsini təmin edən mexanizmlərin təkmilləşdirilməsi və stimullaşdırıcı tədbirlər nəticəsində 2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 344 min 394 vahid artıb. O cümlədən qeyri-dövlət sektorunda əmək müqavilələrinin sayı 291 min 435 vahid artaraq 831 min 357 olub”, – deyə o qeyd edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678