Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tarif Şurasına bu səlahiyyət də verildi

73 Baxış

Tarif Şurası torpaq sahəsi ilə bağlı xidmətlərə görə xidmət haqqının məbləğini müəyyənləşdirəcək.

Turanmedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əlyevin “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646-VIQD nömrəli Qanununun tətbiqi barədə imzaladığı fərmanda əksini tapıb.

Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti qismində İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən xidmətlərə Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödəniləcək.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678