Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yanvarda 4,3 milyard manatı nələrə xərcləmişik? – SİYAHI

60 Baxış

Bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,3 milyard manatlıq, o cümlədən 2,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2022-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2%, qeyri-ərzaq malları üzrə 3,6% artıb.

Hesabat ayında əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

2023-cü ilin yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,5%-i ərzaq məhsullarının, 5,3%-i içkilər və tütün məmulatlarının, 14%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 4,8%-i avtomobil benzini və dizel yanacağının, 4,5%-i elektrik malları və mebellərin, 2,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,2%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2023-cü ilin yanvar ayında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni ayı ilə müqayisədə real ifadədə 2,7% artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,6%-ni təşkil edib.

2022-ci ilin yanvar ayı ilə müqayisədə 2023-cü ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1,4%, fərdi sahibkarlar üzrə 3,9%, bazar və yarmarkalarda 2,5% artıb.

Hesabat ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 424,3 manatlıq, o cümlədən 236,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 187,4 manatlıq qeyri-ərzaq malları alıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678