Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zəlzələlər Türkiyə iqtisadiyyatına nə qədər zərər vurub?- Dünya Bankının hesabatı

85 Baxış

Dünya Bankı Türkiyəyə zəlzələlər nəticəsində dəyən ziyanın 34,2 milyard dolları keçəcəyini bildirib.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın hesabatında məlumat verilib.

Qiymətləndirmə hesabatına görə, fevralın 6-da baş verən iki böyük zəlzələ Türkiyədə təxminən 34,2 milyard dollar fiziki ziyana səbəb olub ki, bu da 2021-ci ildə ölkənin ÜDM-nin 4%-nə bərabərdir.

Hesabatda həmçinin qeyd olunub ki, yenidənqurma və bərpa xərcləri daha yüksək, potensial olaraq bundan iki dəfə çox olacaq.

Türkiyədə birbaşa fiziki zərərlərə diqqəti yönəldən Qlobal Sürətli Fəlakət Zərərinin Qiymətləndirilməsi (GRADE) hesabatına görə, ümumi zərərin 53 faizini (18 milyard dollar) yaşayış evlərinə dəymiş zərər təşkil edir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678