Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan və Qazaxıstan rəqəmsal valyuta yarada bilər

50 Baxış

Azərbaycan və Qazaxıstan rəqəmsal valyutanın yaradılmasını müzakirə edib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünün “Twitter” hesabında yazıb.

“Bu gün Qazaxıstana işgüzar səfər çərçivəsində Qazaxıstan Milli Bankının sədri Qalimjan Pirmatov ilə görüşdük. Görüş zamanı Azərbaycan və Qazaxıstan mərkəzi bankları arasında əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə etdik.

Görüşdə həmçinin mövcud makro-iqtisadi vəziyyət, qlobal iqtisadi proseslərin ölkə iqtisadiyyatına təsirləri, pul siyasəti alətlərinin təkmilləşdirilməsi, ödəniş sistemlərinin inkişafı, rəqəmsal valyutanın yaradılması və digər mövzularda müzakirələr apardıq”, – T. Kazımov qeyd edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678