Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda siqaret istehsalı artıb – FOTO

156 Baxış

2020-ci ilin yanvar-oktyabr ayları ərzində ölkə ərazisindən 5,7 min ton tütün yığılıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, müafiq dövr ərzində 340 milyon manat dəyərində tütün məmulatları istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 18,3 faiz artım qeydə alınıb.

Ötən ilə nisbətən fermentləşdirilmiş tütün məhsullarının 1,9 faiz azalıb, papiros və siqaretlərin istehsal həcmi isə 32,8 faiz artıb.

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara satılan tütün məmulatlarının həcmi 3 faiz artıb.

Eləcə də, 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə 8 milyon 373,2 min dollar dəyərində 3,4 min ton həcmində tütün ixrac edilib.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678