Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda qiymət artımı bu qədər olub

61 Baxış

Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-mart aylarına nisbətən 113,8% təşkil edib.

Turanmedia.az-ın məlumatına görə, “Ölkə.Az” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,1%, qeyri-ərzaq məhsulları üzrə 112%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,6% təşkil edib.

Ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,7 %, ötən ilin mart ayına nisbətən isə 113,6% olub.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında illik inflyasiya 13,9% təşkil etmişdi.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678