Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pensiya yaş həddinə aydınlıq gətirilsin, uşaqlar çoxaldıqca ödəniş artsın – Deputat

27 Baxış

“Hökumət pensiya yaş həddinə aydınlıq gətirsə yaxşı olar. Bu gün pensiya ilə bağlı cəmiyyətdə iki mövqe mövcuddur. Birincisi, təhsil və səhiyyə sahəsində çalışanlar pensiya yaş həddini artırılmasını təklif edir”

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə büdcə zərfinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, təhsil, səhiyyə sahəsində çalışanlar 65 yaşı pensiya çıxmaq üçün məqbul hesab etmirlər.

“Onların fikrincə, bu yaşda bacarıqlı kadrlar təhsildən və səhiyyədən kənarda qalmalı olur. Ona görə də yaş həddinin qaldırılmasını istəyirlər”, – o qeyd edib.

Əlavə edib ki, özəl və dövlət sektorunun bəzi sahələrində çalışanlar isə pensiya yaş həddinin azaldılmasını təklif edir: “Ona görə də müvafiq dövlət qurumları bu məsələləri araşdırmalıdır və buna uyğun müvafiq addımlar atmalıdır”.

Deputat eyni zamanda çoxuşaqlı analara verilən güzəştlərlə bağlı təklif verib.

“Mövcud qanunvericiliyə görə, 5 uşağı olan anaya güzəştlər nəzərdə tutulur. Təklif edərdim ki, bu güzəştlər iki uşaqdan sonra asta-asta artırılsa bu daha düzgün olar”, – o qeyd edib.

Deputat həmçinin 7-8 uşağı olan anaya “Qəhrəman ana” statusu verilməsini təklif edib: “Zamanında “Qəhrəman ana” statusu mövcud idi. 10 uşğaı olan anaya bu status verilirdi. Amma bu gün belə ailələrin sayı çox azdır. Təklif edirəm ki, 7-8 uşağı olan anaya “Qəhrəman ana” statusu verilsin”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678