Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

2 dövlət şirkəti arasında mübahisə davam edir

53 Baxış

“Azərsu” ASC məhkəməyə verilib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC və onun sədri Əşrəfov Ramik Yunis oğlu “Azərsu” ASC ilə bağlı iddia qaldırıb.

Məhkəmə işinin mahiyyəti maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələrdir.

İşə hakim Leyla Əliyevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 2019-cu ildə Hövsan qəsəbəsində “Azərsu” ASC-yə məxsus “Bakı Sukanal” İdarəsinin balansında olan Hövsan Aerasiya Stansiyasında “Yağmur-2” MMC tərəfindən aparılan qazıntı işlərində kabellərin zədələnməsi nəticəsində yanğın baş verdiyi, “Azərsu”nun 132,770 min manat məbləğində zərər gördüyü bildirilmişdi. “Azərsu” isə bu məbləği yalnız “Yağmur- 2” MMC-dən yox, ona bu sifarişi verən “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-dən də tələb etmişdi. Lakin məhkəmə “Azərsu” ASC-nin iddia ərizəsini rədd etmişdi.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678