Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağın şəffaf və hesabatlı maliyyələşmə mexanizmi qurula bilər – ŞƏRH

148 Baxış

Post-konflikt quruculuğu Azərbaycanda iqtisadi artımı tətikləyən amil kimi çıxış edəcək. Azərbaycan bölgədə iqtisadi, siyasi və hərbi üstünlüyünü bundan sonra da daim möhkəmləndirəcək.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, post-konflikt bərpa strategiyalarının əsas məqsədi dayanıqlı iqtisadi artıma və insan inkişafına nail olmaqdır:

“Post-konflikt ölkələrinin təcrübəsində yeni iqtisadi inkişaf strategiyası makroiqtisadi sabitliyi təmin etmək bəzi tələblərə cavab verməlidir: iqtisadi  islahatlar mərhələli və ardıcıl aparılmalı, özəl investisiyaların yatırılması əsas prioritet seçilməli, iqtisadi canlanmanı təmin edən monetar və fiskal siyasət yenidən qurulmalı, bərpanın maliyyələşdirilməsi və məşğulluğun artırılması ilə bərabər fiskal dayanıqlığın təmin edilməsi fiskal siyasətin əsas məqsədi olmalı, fərdlər və ev təsərrüfatları üçün bütün sosial xidmətlər bərpa olunmalı, beynəlxalq yardım və qrantların  idarə olunmasında  şəffaflıq və səmərəlilik təmin olunmalı, düzgün donor koordinasiya mərkəzi qurulmalı, strategiyanın icrasını təmin edən institut formalaşdırılmalıdır”.

Vüsal Qasımlı bildirib ki, bütün bu mərhələlərdə post-konflikt bərpa modelinin qurulmasında əhəmiyyətli rol oynayan  beynəlxalq qurumların təcrübəsindən istifadə etmək zəruridir.

Effektli post-konflikt modelinin həyata keçirilməsi üçün yüksək keyfiyyətli institusional mühit, əlçatan maliyyələşmə mənbələri, islahatların mərhələliliyi zəruri amillərdəndir.

İcraçı direktor əlavə edib ki, Qarabağın inkişaf strategiyasının həyata keçirilməsini təmin etmək üçün idarəetmə, monitorinq və qiymətləndirmə mexanizmi, həmçinin, şəffaf və hesabatlı maliyyələşmə mexanizmi qurula bilər:

“İşğaldan azad olunmuş ərazilərdə dövlət və bələdiyyə idarəetmə orqanlarının fəaliyyətinin tam təmin olunması, rəqabət qabiliyyətli iqtisadi sahələrin inkişaf etdirilməsi və məşğulluğun, o cümlədən, özünüməşğulluğun təmin olunması prioritet olmalıdır.

Eləcə də, məcburi köçkünlərin mərhələlərlə iqtisadi və sosial məsələlər nəzərə alınmaqla öz yerlərinə qayıtması, insan kapitalının inkişafı, dövlət sərmayələri ilə yanaşı xarici və yerli sərmayənin cəlb olunması, sahibkarlığın, xüsusilə də mikro, kiçik və orta biznesin inkişafının dəstəklənməsi, iqtisadiyyatın innovativ həllər, yeni texnologiyalar, yaşıl iqtisadiyyat və dövri iqtisadiyyat prinsiplərinə uyğun inkişaf etdirilməsi də prioritetlər arasındadır”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678