Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Post-konflikt dövründə istifadə ediləcək maliyyə mənbələri açıqlandı

161 Baxış

“Post-konflikt dövründə müxtəlif maliyyə mənbələrindən, o cümlədən, dövlət büdcəsi, Dövlət Neft Fondu, xarici kredit təşkilatları tərəfindən ayrılan maliyyələşmələr, qrantlar və ianələr, özəl sərmayələr, qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən istifadə edilə bilər”.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib ki, artıq indidən hiss olunur ki, beynəlxalq təşkilatlar, xarici dövlətlər, iri və orta biznes nümayəndələri post-konflikt quruculuğunda iştirakda maraq göstərirlər:

“Hər bir beynəlxalq təşkilat öz mandatına və hər bir biznes öz profilinə uyğun olaraq azad edilmiş ərazilərdə sərmayə yatırmağa hazırdır. İsraildə olduğu kimi, Azərbaycanda da diaspor investisiya modelindən də geniş istifadə etmək mümkündür. Münaqişədən sonrakı dövrdə ərazilərdə texnologiya sahəsinə cəlb edilməsi düşünülən sərmayələri vençur kapital, kraudfandinq və kraudinvestinq yolu ilə artırmaq olar.

İlkin səviyyədə böyük həcmdə sərmayə qoyuluşu çətin olduğundan, kiçik və orta biznes səviyyəsində sərmayələrin cəlb edilməsi sonrakı dövrdə böyük investisiya qoyuluşlarına dəstək olacaq. Dövlət-özəl tərəfdaşlığı vasitəsi ilə bir çox sahələrə sərmayə cəlb edilə bilər. İnfrastruktur layihələrin dövlət-özəl tərəfdaşlığı vasitəsi ilə həyata keçirilməsi özəl sektorun canlanmasına, səmərəliliyin artmasına və dövlət büdcəsinə düşəcək yükün azalmasına gətirib çıxarır”.

Vüsal Qasımlı qeyd edib ki, post-konflikt quruculuğu ölkəmizin iqtisadi təhlükəsizliyi, o cümlədən ərzaq təhlükəsizliyi baxımından əhəmiyyətli rol oynayacaq:

“Bu ərazilərdə investisiyaların təşviqi üçün müxtəlif mexanizmlər, o cümlədən, sənaye parkları və məhəllələri, aqro və texnoparklar və digər investisiya təşviqi mexanizmləri tətbiq edilə bilər. Qarabağda investorların maraqlarına səbəb ola biləcək resurslar, strateji aktivlər, səmərəlilik və bazarlar mövcuddur. Regionun həm İran, həm də Naxçıvan üzərindən Türkiyə bazarlarına çıxış imkanları ixrac-yönümlü sərmayələr üçün cəlbedicidir”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678