Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Aqrar sektorda fəaliyyət göstərən sahibkarlara ayrılan güzəştli kreditlərin həcmi açıqlanıb

143 Baxış

2020-ci ilin yanvar-oktyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 4 min 785 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.

Agentlikdən verilən məlumata əsasən, bu dövr ərzində 360 sahibkarlıq subyektinə 1 milyon 889,8 min manat məbləğində güzəştli vəsait ayrılıb.

2020-ci ilin yanvar-oktyabr ayları üzrə Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda fəaliyyət göstərən 588 hüquqi və fiziki şəxsə 15,4 milyon manat məbləğində güzəştli kreditlər verilib.

Qeyd edilib ki, güzəştli kreditlərin verilməsi nəticəsində 399 daimi və müvəqqəti iş yeri açılıb.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678