Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda bank müştərilərinin sayı azalsa da, hesabların sayı artıb

209 Baxış

Azərbaycanda müştərilərin bank hesablarının sayı və tərkibi açıqlanıb.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, noyabrın 1-nə olan göstəricilərə əsasən müştəri hesablarının sayı 8 milyon 850 min olub. Bank müştərilərinin sayı ötən ayın göstəriciləri ilə müqayisədə 1,1 faiz azalıb.

Müştərilərin 98,7 faizini fiziki şəxslər təşkil edib ki, onların da 4,3 faizi sahibkarlıqla məşğul olan şəxslərdir. Hüquqi şəxslər isə bank müştərilərinin 1,3 faizini təşkil edib.

Bank müştərilərinin sayının azalmasına baxmayaraq, oktyabr ayı ərzində bank hesablarının sayı 20 milyon 825 min olub. Ötən aya nisbətən bank hesablarının sayı 0,9 faiz artıb.

Müştəri hesablarının 85,3 faizini cari hesablar, 12,9 faizi kredit hesabları, 1,9 faizini isə depozit hesabları təşkil edib.

Nigar Məmmədova  


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678