Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əmanətlərin tam sığortalanması müddəti uzadılır? – AÇIQLAMA

155 Baxış

“Əmanətlərin tam sığortalanması haqqında” qanununun müddətinin uzadılması ilə bağlı layihə hələ ki, Milli Məclisə layihə daxil olmayıb.

Bu barədə Oxu.Az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, belə bir layihə təqdim edildikdə mexanizmin necə olacağına baxmaq lazımdır.

“Report” məlumat yayıb ki, qanun layihəsi artıq hazırlanıb və yaxın müddətdə Milli Məclisə təqdim edilməsi gözlənilir.

Qeyd edək ki, “Əmanətlərin tam sığortalanması haqqında” qanun 2016-cı ildə üç il müddətinə qəbul edilib, 2019-cu və 2020-ci illərdə qanunun müddəti iki dəfə uzadılıb. 

“Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olma müddəti 4 dekabr 2020-ci ildə bitir. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678