Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

SOCAR ilə İtaliyanın “Snam” şirkəti arasında memorandum imzalanıb

149 Baxış

Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR ilə İtaliyanın “Snam” şirkəti arasında Trans-Adriatik Boru xətti ilə hidrogenin daşınmasına dair memorandum imzalanıb. 

Bunu TAP-ın İcraçı direktoru Luka Şippati İtaliya mətbuatına müsahibə verərkən deyib.  

O bildirib ki, Trans-Adriatik Boru kəməri xətti ilə hidrogenin nəqlinə xüsusi diqqət ayrılır:

“Cənub Qaz Dəhlizinin hər iki əks ucunda hidrogenin nəqli ilə bağlı məsələyə böyük maraq var. Azərbaycan dövlət neft və qaz şirkəti SOCAR ilə “Snam” şirkəti arasında bir neçə ay əvvəl bu sahədə tədqiqat və təcrübələr aparmaq üçün bir memorandum imzalanıb”.

Onun sözlərinə görə, xüsusilə söhbət metan və hidrogen qarışığının nəqlindən gedir və TAP rəhbərliyi hidrogenin daşınmasına son dərəcə diqqətlə yanaşır.

İcraçı direktor qeyd edib ki, növbəti mərhələdə təbii qazla qarışıq hidrogen nisbətini təsdiq etmək üçün müəyyən bir texniki-iqtisadi əsaslandırma aparılmalıdır və bu TAP tərəfindən həyata keçirilə, həmçinin, müvafiq infrastruktur vasitəsilə nəql edilə bilər.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678