Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda məhsul və xidmətlərin dəyəri 2,8 faiz artıb – FOTO

135 Baxış

2020-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-noyabr aylarına nisbətən 102,8 faiz təşkil edib. Ötən ilə nisbətən ölkədə inflyasiya səviyyəsi 2,8 faiz olub. 

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 105 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101 faiz olub.  

Cari ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 102,4 faiz təşkil edib. Oktyabr ayına nisbətən noyabrda əhaliyə göstərilmiş məhsul və xidmətlərin dəyəri 0,5 faiz, 2019-cu ilin noyabr ayı ilə müqayisədə isə 2,4 faiz artıb.   

2020-ci ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 103,9 faiz təşkil edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678