Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İşğaldan azad olunmuş ərazilərin əkin dövriyyəsinə cəlb ediləcək vəsait AÇIQLANDI

180 Baxış

2021-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı bölməsi üzrə 943 milyon manat vəsait nəzərdə tutulub.

Oxu.Az-ın Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, bu vəsait 2020-ci illə müqayisədə 45,4 milyon manat və ya 5,1 faiz çoxdur.

Həmin vəsait hesabına kənd təsərrüfatı tədbirləri üçün 496,3 milyon manat, baytarlıq tədbirləri üçün 30 milyon manat, meliorasiya, irriqasiya və suvarma sistemlərinin maliyyə təminatı üçün 405,8 milyon manat, kənd təsərrüfatı üzrə digər müəssisə və tədbirlər üçün 10,9 milyon manat vəsait proqnozlaşdırılıb.

Bildirilib ki, son 5 ildə (2016-2021-ci illər) bu xərclər 357,6 milyon manat va ya 61,1 faiz artıb.

Eləcə də, aqrar sahədə aparılan islahat tədbirlərinə uyğun olaraq işğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı tələb olunan əlavə xərclər də nəzərə alınmaqla Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 475,7 milyon manat vəsait proqnozlaşdırılır. Bildirilir ki, bu 2020-ci illə müqayisədə 65 milyon manat və ya 15,8 faiz çoxdur.

Kənd təsərrüfatı sahəsinin maddi-texniki təminatının möhkəmləndirilməsi, regional aqrokimya laboratoriyalarının saxlanılması, bitki mühafizəsi sahəsində xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin, bitki sortlarının qeydiyyatı və toxum nəzarəti tədbirlərinin maliyyələşdirilməsi, kənd təsərrüfatı heyvanlarının və bitkilərinin sığortalanması xərclərinə üst-üstə 20,7 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678