Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Aztəminatlı əhaliyə veriləcək tələbə kreditlərinin həcmi bilindi – RƏSMİ

134 Baxış

Növbəti ilin dövlət büdcəsindən tələbə kreditlərinin verilməsi üçün nəzərdə tutulan vəsaitin həcmi açıqlanıb.

Oxu.Az-ın Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını təmin etmək və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə tələbə kreditinin verilməsi üçün növbəti ilin dövlət büdcəsindən 80 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Eləcə də, bildirilib ki, 2021-ci ilin dövlət büdcəsinin təhsil xərcləri bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 25,9 milyon manat təşkil edəcək. Bu da 2020-ci illə müqayisədə 3,7 milyon manat və ya 16,7 faiz çoxdur.

Qeyd edilib ki, nəticə əsaslı büdcə mexanizminə keçid çərçivəsində təhsil sektorunun ortamüddətli dövr üçün strateji planı hazırlanıb və büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsində nəzərdə tutulan vəsait bu planda əks olunan strateji hədəflərə nail olmaq məqsədilə 24 subproqramı və 111 tədbiri özündə birləşdirən 18 proqramın maliyyələşdirilməsi üçün ayrılıb.

Eyni zamanda, sözügedən sektorda nəzərdə tutulan proqramların illik icra vəziyyətini monitorinq etməyə və nəticələrini ölçməyə, eləcə də sərf olunmuş xərclərin səmərəliliyini, effektivliyini və nəticəliliyini qiymətləndirməyə imkan verən 121 monitorinq göstəricisi müəyyən edilib.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678