Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan və Gürcüstan arasındakı ticarət dövriyyəsinin həcmi açıqlanıb – FOTO

130 Baxış

2020-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanla Gürcüstan arasındakı ticarət dövriyyəsinin həcmi məlum olub.

Oxu.Az-ın Gürcüstanın Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən, 2020-ci ilin 11 ayı ərzində Gürcüstanın ixrac həcmində Azərbaycanın da olduğu ilk 10 ticarət tərəfdaşının payı 70,4 faiz təşkil edib.

Belə ki, müvafiq dövrdə Gürcüstandan Azərbaycana idxal edilən məhsulların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz azalıb. Siyahıda Gürcüstanın məhsul ixrac etdiyi ölkələr siyahısında Azərbaycan Amerika Birləşmiş Ştatlarından sonra 9-cu yerdə qərar tutub. Azərbaycana ixrac edilən məhsulun həcmi ümumi ixracın 3,3 faizini təşkil edir. Bu dövr ərzində Azərbaycan Gürcüstandan 72,7 milyon dollar məcmində məhsul idxal edib.

Gürcüstana ən çox məhsul ixrac edən ölkələr sırasında isə Azərbaycan Çindən sonra ikinci yerdədir. Azərbaycan siyahıda Rusiya, Bolqarıstan, Ukrayna, Türkiyə, Ermənistan, İsveçrə, İspaniya və Amerika Birləşmiş Ştatlarını geridə qoyub. Cari dövrdə Azərbaycan Gürcüstana 399,6 milyon dollar həcmində məhsul ixrac edib. Azərbaycandan Gürcüstana ixrac edilən məhsulların həcmi ümumi ixracın 13,2 faizini təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac həcmi 11,7 faiz azalıb.

İki ölkə arasındakı ticarət dövriyyəsinin ümumi həcmi isə 472,3 milyon dollar olub. Ticarət dövriyyəsində Gürcüstanın ən çox əməliyyat apardığı ölkələr siyahısında Azərbaycan dördüncü ölkədir.  

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678