Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Neft ABŞ-ın ehtiyatlarının azalması fonunda bahalaşır

155 Baxış

İnvestorların tələbatın bərpasına ümidini möhkəmləndirən – ABŞ-ın neft ehtiyatlarının azalması, həmçinin Böyük Britaniya ilə Aİ arasında potensial ticarət müqaviləsi barədə məlumatların yayımlanması fonunda neft qiymətləri artıb.

Londonun ICE Futures birjasında yerli vaxtla 9:17-ə olan nəticələrə əsasən “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti bir barel üçün 51.60 dollar təşkil edib. Bu rəqəm ötən sessiyanın bağlanışındakı qiymətdən 0.40 dollar (0.78 faiz) yüksək olub.

Nyu-York Birjasında (NYMEX) aparılan elektron ticarət əməliyyatlarında WTI markalı neftin fevral fyuçerslərinin qiyməti bir barel üçün 48,46 dollar təşkil edib ki, bu da əvvəlki ticarət əməliyyatları səviyyəsindən 0,34 dollar (0,71 faiz) çoxdur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678