Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

SOCAR Gürcüstanda növbəti ərzaq yardımı kampaniyasına başlayıb – FOTO

145 Baxış

Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı törəmə “SOCAR Energy Georgia” şirkətinin təşəbbüsü ilə növbəti yardım aksiyasına start verilib.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın 5 bölgə və 10 bələdiyyəsini əhatə edən aksiya ölkənin Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət naziri Aparatının iştirakı ilə təşkil olunub.

Yardım aksiyası çərçivəsində ehtiyacı olan və sosial təminatsız 3 min ailəyə qida məhsullarından ibarət qutular paylanacaq. Həmin ailələrdən 800-ü azərbaycanlıların yığcam məskunlaşdığı Kaxeti və Kvemo Kartli bölgəsində yaşayır. Bütün bölgələr üzrə yardım alacaq ailələrin siyahısı yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılıb.

“SOCAR Energy Georgia” şirkətindən bildirilib ki, COVID-19 pandemiyası dövründə ölkədə fövqəladə vəziyyətin elan olunması sosial təminatsız ailə və insanlara xüsusən ağır təsir edib. Qeyd olunub ki, şirkət ilkin tələbat ərzaq məhsullarının Gürcüstanın müxtəlif bölgələrində yaşayan çoxuşaqlı ailələr, həmçinin tənha yaşlı insanlara təqdim etməyə qərar verib.

Bu gün yardım qutuları Raça, Sameqrelo, Şida Kartli, Mtsxeta-Mtianeti və İmereti bölgələrində paylanılıb.

Qeyd edək ki, bu aksiya “SOCAR Energy Georgia” şirkətinin Gürcüstanda həyata keçirdiyi ilk xeyriyyə tədbiri deyil. Belə ki, şirkət koronavirusla mübarizəyə dəstək məqsədilə yaradılan “StopCov” Fonduna 200 min lari ianə edib, bu ilin martında Gürcüstan üzrə 2 min ailəyə ərzaq yardımı göstərib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678