Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

SOCAR “Petronas”dan türkmən neftinin alınması üzrə tenderin qalibi olub

151 Baxış

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə strukturu olan “SOCAR Trading” Türkmənistanda “Petronas” şirkəti tərəfindən “Kiyanlı” yatağından hasil edilən xam neftin alınması üzrə tenderin qalibi olub.

“Report” xəbər verir ki, müqavilə iki il müddətinə bağlanılıb və gələcəkdə daha da uzadılması mümkündür.

Müqavilə Türkmənistandan illik, təxminən, 1 milyon ton xam neftin tədarükünü təmin edəcək.

Ümumilikdə, “SOCAR Trading” şirkətinin Xəzər bölgəsində Türkmənistan, Rusiya və Qazaxıstandan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə tədarükü üçün müxtəlif növ neftin bağlanan müqavilələrin illik həcmi 4 milyon tondan çoxdur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678