Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda heyvanların sığortalanmasına start verildi – ŞƏRTLƏR

121 Baxış

Azərbaycanda inəklərin güzəştli sığortası başlayıb.

Aqrar Sığorta Fondundan verilən məlumata görə, noyabrın 3-də kənd təsərrüfatı heyvanlarının sığortası üzrə ilk müqavilədən sonra fermerlərin fonda müraciətləri başlayıb.

Yeni sığorta mexanizmi vasitəsilə 1-7 yaşlı südlük inək və camışları sığortalamaq mümkündür.

Aqrar sığorta çərçivəsində heyvanların sığortalanması üçün iki sığorta zərfi təqdim edilir. Hər bir zərf üzrə iki fərqli azadolma məbləğləri 10 və 20 faiz seçə bilərlər.

Birinci sığorta zərfi baza risklərini əhatə edir. Buraya yoluxucu xəstəliklər, ilan və həşarat sancması, təbii fəlakətlər, zəhərli otlar və yemlərdən zəhərlənmə, vəhşi heyvanların hücumu və yanğın nəticəsində heyvanların ölümü, eləcə də, heyvanların məcburi kəsimi aiddir.

Fermerlər kənd təsərrüfatı heyvanlarını 10 faiz azadolma şərti ilə 6,1 faizlik sığorta tarifi ilə, 20 faiz azadolma şərtində isə 5,4 faizlik tariflə sığortalaya bilərlər. 

Məsələn, qiyməti 5 000 manat olan Simmental cinsli inək sığorta ediləndə 10 faizlik azadolma halında sığorta haqqı 305 manat (5 000 x 6,1 faiz) təşkil edir ki, bu məbləğin yarısını – 152,5 manatını fermer, qalan yarısını isə dövlət ödəyir. 20 faizlik azadolma halında isə ümumi sığorta haqqı 270 manat (5 000 x 5,4 faiz) təşkil edir ki, bu məbləğin yarısını – 135 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.

İkinci sığorta paketi əlavə riskləri də əhatə edir. Heyvanların sığortalanması üçün təklif olunan ikinci sığorta paketi, birincidə göstəriləndən əlavə riskləri də əhatə edir. İkinci paketdə əlavə risklərə heyvanların nəqliyyat vasitəsi (məsələn, avtomobil və ya qatarla vurulması), heyvnaların daşınması zamanı yol qəzası nəticəsində heyvnaların ölümü, heyvanları cərəyan vurması, kimyəvi maddələrlə zəhərlənib ölməsi, eləcə də oğurlanması aiddir.

Fermerlər kənd təsərrüfatı heyvanlarını daha geniş risklərdən sığortalayarkən 10 faiz azadolma şərti ilə 9,5 faizlik sığorta tarifi ilə, 20 faiz azadolma şərtində isə 8,3 faizlik tariflə sığortalaya bilərlər. 

Məsələn, qiyməti 5 000 manat olan Simmental cinsli inək sığorta ediləndə 10 faizlik azadolma halında sığorta haqqı 475 manat (5 000 x 9,5 faiz) təşkil edir ki, bu məbləğin yarısını – 237,5 manatını fermer, qalan yarısını isə dövlət ödəyir. 20 faizlik azadolma halında isə ümumi sığorta haqqı 415 manat (5 000 x 8,3 faiz) təşkil edir ki, bu məbləğin yarısını – 207,5 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.

Qaydalara əsasən, fermerlər sığorta haqqının onlara aid olan hissəsini hissələrlə ödəyə bilərlər. Bununla bağlı şərtlər müqavilənin müddətindən və ödəniləcək məbləğdən asılıdır. 1 illik müddətə bağlanan sığorta müqaviləsində fermerin ödədiyi sığorta haqqının 50 faizi dərhal, digər 50 faiz isə 3 ay müddətində ödənilməlidir.

Sığorta müqaviləsi 1 ildən artıq müddətə bağlandıqda isə fermerin ödədiyi sığorta haqqının 50 faizi dərhal, 25 faizi 3 ay müddətində, digər 25 faiz isə 6 ay müddətində ödənilməlidir.

Qaydalara əsasən, bəzi hallarda fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər nəzərdə tutulub. Belə ki, yaşı 29-dan aşağı olan fermerlər “gənc fermer” güzəştindən istifadə etməklə sığorta haqqını 5 faiz az ödəyəcəklər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678