Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağ Dirçəliş Fondunun əsas fəaliyyət məqsədləri açıqlandı

133 Baxış

“Qarabağ Dirçəliş Fondunun əsas fəaliyyəti yenidənqurma və bərpa işlərini, məskunlaşma, regionda iqtisadi inkişaf, məcburi köçkünlərimizin geri qayıdışı ilə mühitin bərqərar olmasını təşkil edəcək”.

Bunu Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fatma Yıldırım Fondun fəaliyyət məqsədləri haqqında məlumat verərkən deyib.

“Əsas işimiz bu istiqamətə yönələcək. Xüsusilə də, biz regionun iqtisadi potensialını da canlandırmalıyıq. Fondun başqa bir istiqaməti də həm yerli, həm də xarici sərmayələrin, investorların regiona cəlb olunması, bunun üçün müvafiq mühitin yaradılmasıdır”, – deyə o bildirib.

F. Yıldırım qeyd edib ki, artıq Fond çoxşaxəli prosesləri əhatə edəcək proqram üzərində çalışır:

“Proqram və Fondun nizamnaməsi təsdiq olunduqdan sonra bütün hesab nömrələri ictimaiyyətə açıqlanacaq. Regionda yenidənqurma və bərpa işlərinin həyata keçirilməsi uzunmüddətli proses olacaq və Fondun yaradılmasında əsas məqsəd də prosesi sürətləndirməkdən ibarətdir”. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678