Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Növbəti aqrar məhsulun sığortasına başlanıldı: Şərtlər və məbləğlər – FOTO

131 Baxış

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə şəkər çuğunduru sahələrinin sığortalanması şərtləri açıqlanıb.

Aqrar Sığorta Fondundan verilən məlumata əsasən, bunun üçün fermerlər və iş adamları 2021-ci ildə şəkər çuğunduru sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər.

Hazırda şəkər çuğunduru Azərbaycanın əksər rayonlarında, xüsusilə Tovuz, Şəmkir, Hacıqabul, Beyləqan, İmişli, Füzuli, Biləsuvar və digər bölgələrdə əkilir. Şəkər çuğunduru sahələrinin sığortalanması zamanı bitkinin məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq.

Qaydalara əsasən, hesablama aparılması üçün şəkər çuğundurunun 1 hektarı üçün məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib.

Bir hektar sahədən məhsuldarlıq və qiymət hədləri aşağıdakı kimidir:

Şəkər çuğunduru sahəsinin sığortası üzrə sığorta məbləği bu məlumatlar və əkinin sahəsi nəzərə alınmaqla müəyyən edilir.

Misal: Beyləqanda əkin sahəsi – 4 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 200 sentner, 1 sentner məhsulun bazar qiyməti 30 manat olduqda:

Sığorta məbləği = 4 x 200 x 30 = 24 min manat müəyyən edilir.

Qaydalara görə, aqrar sığorta çərçivəsində şəkər çuğundurunun sığortalanması üçün iki sığorta zərfi təklif edilir.

Bunlardan birincisi – əksər riskləri əhatə edən “baza zərfi”, digəri isə əlavə riskləri əhatə edən zərfdir. Sığorta zərfləri bir-birindən, əhatə etdiyi risklərlə yanaşı, azadolma məbləğləri ilə fərqlənirlər.

“Baza zərfi”ndə azadolma məbləği 10 faizdir. Bu zərf şəkər çuğundurunu dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətindən sığorta edir. 

İkinci sığorta zərfi üzrə azadolma məbləği 30 faizdir. Bu zərf şəkər çuğundurunu bitki xəstəlikləri və zərərvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu risklərindən qoruyur.

İkinci sığorta zərfinə bitki xəstəlikləri və zərərvericilər, xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat aiddir.

Bu sığorta zərflərinin seçilməsi fermer və ya çuğundur sahəsinin sahibinin qərarından asılıdır. Onlar yalnız birinci sığorta zərfi ilə kifayətlənə, ya da əlavə olaraq 2-ci zərfi də seçə bilərlər. Yəni, baza zərfi seçilmədən 2-ci zərf seçilə bilməz.

Şəkər çuğundurunun sığortalanması üçün tariflər və sığorta haqları

Şəkər çuğundurunun sığortası üçün tələb olunan sığorta tarifləri və sığorta haqları bitkinin məhsuldarlığı, qiyməti və seçilən sığorta zərfi ilə yanaşı, bölgələrdən də asılı olaraq dəyişir. Daha az təbii fəlakət riski olan bölgələrdə sığorta haqları daha aşağıdır. Fəlakət riski yüksək olan ərazilərdə isə sığorta tarifləri və haqları nisbətən yüksəkdir.

Sığorta zərflərinin əhatə etdiyi risklər, azadolma məbləğləri və sığorta haqları ölkənin regionları üzrə aşağıdakı kimidir:

Göründüyü kimi, şəkər çuğundurunun sığortası üzrə ən yüksək sığorta tarifləri Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonlarında, ən aşağı sığorta tarifləri isə Quba-Xaçmaz, Lənkəran və Abşerondadır.

Sığorta haqqının 50 faizini dövlət, yalnız qalan hissəni fermer ödəyir. Nəticədə ümumi dəyəri 24 min manat olan məhsulun sığortalanması üçün fermer cəmi 252 manat və ya hər hektara cəmi 63 manat ödəyir.

Qaydalara əsasən, fermerlər sığorta haqqının onlara aid olan hissəsini hissələrlə ödəyə bilərlər. Bu halda sığorta haqqının yarısı dərhal, digər yarısı isə 1 aydan sonra ödənilir.

Bildirilib ki, şəkər çuğunduru sahəsinin sığortalanması zamanı fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər də nəzərdə tutulub. Belə ki, sığortalanmış məhsulun yerləşdiyi ərazi dolu riskindən qorunma konstruksiyalarına malik olduqda sığorta haqqına 5 faiz güzəşt edilir.

Bundan başqa, sığorta hadisəsi olmadan başa çatan hər ilə görə fermer sığorta haqqında 5 faiz güzəşt alacaq. Məsələn, hadisəsiz keçən 1 ildən sonra sığorta haqqında 5 faiz, iki ildən sonra 10 faiz, üç ildən sonra isə 15 faiz güzəşt ediləcək.

Nəhayət, yaşı 29-dan aşağı olan fermerlər “gənc fermer” güzəştindən istifadə etməklə sığorta haqqını 5 faiz az ödəyəcəklər. Müraciətlərin qəbulu martın 5-dək davam edəcək.

Xatırladaq ki, aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar – buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıqdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678