Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sahibkarlara güzəştli kreditlərin verilməsi davam etdirilir

136 Baxış

2020-ci ildə də sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi və güzəştli kreditlərin verilməsi üzrə fəaliyyət davam etdirilir.

İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinin ümumi dəyəri 397 milyon manat olan 908 investisiya layihəsinin maliyyələşdirilməsinə 127 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması 2 min 700-dən çox yeni iş yerinin açılmasına imkan verir.

2020-ci ildə güzəştli kreditlərin 58 faizi aqrar sektorun, 42 faizi sənaye məhsullarının istehsalı və emalı, digər sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlərin 79 faizi regionların, 21 faizi isə Bakı şəhərinin qəsəbələrinin payına düşür.

Qeyd edilib ki, sahibkarların güzəştli kreditləşdirilməsi bu ildə də davam etdiriləcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678