Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Səfər Mehdiyev “Yaşıl dəhliz” sistemindən istifadənin həcmini açıqladı – FOTO

142 Baxış

“2020-ci il ərzində “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququnun verildiyi şirkətlərin əməliyyatlarının kənd təsərrüfatı və yeyinti məhsullarının idxalında xüsusi çəkisi statistik dəyər üzrə 62,77 faiz, ixracda isə 54,72 faiz təşkil edib”.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Twitter” hesabında paylaşım edib. 

S.Mehdiyev bildirib ki, ötən il ərzində “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququnun verildiyi şirkətlərin əməliyyatlarının ümumi idxalda həcminin xüsusi çəkisi statistik dəyər üzrə 40 faiz, ixracda isə 32,85 faiz təşkil edib.

“Daxil olmuş müraciətlərin təhlilinin nəticəsi olaraq 236 xarici ticarət iştirakçısına ixrac, 432 xarici ticarət iştirakçısına idxal əməliyyatları üzrə, ümumilikdə 668 xarici ticarət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib”, – deyə DGK-nin sədri əlavə edib.

2020-ci il ərzində #YaşılDəhliz buraxılış sistemindən istifadə hüququnun verildiyi şirkətlərin əməliyyatlarının kənd təsərrüfatı və yeyinti məhsullarının idxalında həcminin xüsusi çəkisi statistik dəyər üzrə 62.77 faiz, ixracda isə 54.72 faiz təşkil edib.

— Safar Mehdiyev (@SafarMehdiyev_) January 23, 2021


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678