Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Maliyyə nazirindən büdcə təşkilatlarına ÇAĞIRIŞ

140 Baxış

“Büdcə xərclərinin daha səmərəli, qənaətli və məqsədyönlü istifadəsinin təmin edilməsi izafi xərclərin qarşısının alınmasında ən cavib amillər sırasındadır”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin 2021-ci il prioritetlərinə həsr olunan iclasında Maliyyə naziri Samir Şərifov deyib.

“Prezident İlham Əliyevin tapşırığı rəhbər tutularaq, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar uzun müddət üçün istifadəyə hesablanan əsas vəsaitlərin alışları, həmçinin bir sıra cari xərclər üzrə (ezamiyyət, dəftərxana, təsərrüfat, nəqliyyat vasitələri xidmətləri xərcləri) könüllü olaraq qənaət rejimi tətbiq edilməklə həm proqnozlaşdırılma, həm də icra zamanı lüzumsuz xərclərdən imtina etməlidirlər”, – deyə nazir çıxışında bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678