Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

TAP-ın nəqletmə gücünün ikiqat artırılması ilə bağlı qərar açıqlanacaq

122 Baxış

Trans Adriatik Boru Kəmərinin (TAP) tutumunun ikiqat artırılması ilə bağlı bazar testlərinin son nəticələri oktyabr ayında məlum olacaq.

Bunu TAP-ın İcraçı direktoru Luka Skyeppati Neft və Qaz Şuraşının təşkilatçılığı ilə keçirilən Avropa Qaz Virtual (EGV) rəqəmsal konfrans zamanı açıqlayıb.

Onun sözlərinə görə, iyul ayında TAP-ın nəqletmə potensialının artırılması ilə bağlı bazar testləri həyata keçirildikdən sonra təkliflər dəyərləndiriləcək və bununla da oktyabr ayında kəmərin tutumunun artırılması və ya sabit saxlanılması ilə bağlı nəticə əldə ediləcək.

Qeyd edək ki, TAP elə layihələnib ki, onun ötürmə gücünü gələcəkdə iki dəfə artırmaq mümkündür. Strateji infrastruktur olan bu layihənin nəqletmə potensialının genişləndirilməsi ilə bağlı təklifləri dəyərləndirmək və qəbul etmək məqsədilə TAP hər iki ildən bir bazar testləri aparacaq. Bu bazar testləri Yunanıstan, Albaniya və İtaliyanın Milli Tənzimləmə Təşkilatları tərəfindən təsdiq edilən qaydalara uyğun şəkildə həyata keçiriləcək. Bununla da maraqlı tərəflər nəql ediləcək mövcud həcmin artırılması ilə bağlı təklif verə biləcəklər.

Trans Adriatik Boru kəməri ümumi layihə dəyəri 40 milyard ABŞ dolları olan “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsidir. TAP-ın kommersiya fəaliyyətinə keçid etməsi ilə Azərbaycan Avropa bazarına ilkin mərhələdə 10 milyard kubmetr, daha sonra isə 20 milyard kubmetrə qədər qaz nəqlini həyata keçirəcək.

2018-ci ildə TAP 3,9 milyard avro dəyərində sərmayə cəlb edib və onun maliyyələşdirilməsində Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də Avropa İnvestisiya Bankı və 17 kommersiya bankı iştirak edib. Həmçinin, maliyyələşdirmə prosesində bir sıra ixrac kredit agentlikləri də iştirak edib. Boru kəməri vasitəsilə Bolqarıstan qaz tələbatının 30 faiz, Yunanistan qaz tələbatının 20 faiz və İtaliyanın qaza olan tələbatının təxminən 10 faiz təmin ediləcək.

Xatırladaq ki, TAP-da BP 20 faiz, SOCAR 20 faiz, Snam S.p.A 20 faiz, Fluxys 19 faiz, Enagas 16 faiz və Axpo 5 faiz paya sahibdirlər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678