Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Azərkosmos”un ölkəyə gətirdiyi gəlirlərin həcmi açıqlandı – FOTO

134 Baxış

2020-ci ildə “Azərkosmos” ASC tərəfindən dünyanın 33 ölkəsinə 45,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin yanvar sayında məlumat verilib.

Bildirilib ki, qurumun xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib.

2020-ci ilin dekabr ayında isə “Azərkosmos” ASC dünyanın 23 ölkəsinə 3,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Qurumun 2020-ci ilin yanvar-dekabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Birləşmiş Krallıq, ABŞ, Malayziya və BƏƏ-dir.

Qeyd edək ki, “Azərkosmos” ASC-nin ixrac etdiyi xidmətlərə peyk telekommunikasiya və optik peyk xidmətləri daxildir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678