Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanın e-ticarət portalına daxil olan sifarişlərin dəyəri artıb – FOTO

127 Baxış

2020-ci il ərzində “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri açıqlanıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin yanvar sayında məlumat verilib.

Ötən ilin yanvar-dekabr aylarında “Azexport.az” portalına 610,8 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. Bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə 2,5 faiz çoxdur. Təkcə 2020-ci ilin dekabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 57,5  milyon ABŞ dolları təşkil edib.

2017-ci ilin yanvar ayından 2020-ci ilin dekabr ayının sonuna kimi (48 ay ərzində) “Azexport.az” portalına dünyanın 142 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 195,6 milyon ABŞ dolları təşkil edib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678